15 iyul 2026 12:41
90

YAP Kürdəmir rayon təşkilatında Şəhid anası Simuzər Bağıyevanın 55 illik yubileyi münasibətilə görüş keçirilib

İyulun 15-də Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvlərindən, 25 il YAP sıralarında olan Şəhid anası Bağıyeva Simuzər Əli qızının 55 illik yubileyi münasibətilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov və rayon təşkilatı aparatının əməkdaşları yubilyarı  təbrik edərək ona  möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Çay süfrəsi ətrafında səmimi şəkildə davam edən tədbirdə şəhid Cəmil Həşimlinin keçdiyi şərəfli döyüş yolundan danışılmış, onun haqqında xoş xatirələr diqqətə çatdırılmışdır.

Görüşün sonunda Simuzər Bağıyevaya partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına  görə və 55 illik yubileyi münasibətilə Fəxri Fərman, gül buketi və xatirə hədiyyəsi təqdim edilmişdir.         

Sonda çıxış edən partiya veteranı Simuzər Bağıyeva göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.