Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev YAP sıralarına yeni qəbul olunmuş gənc üzv Röyal Qasımova partiya vəsiqəsini təqdim edib.
“İki sahil” xəbər verir ki, Meydanəli Yolçiyev R.Qasımova ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı gənclərin Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmasının cəmiyyətin inkişafına və ölkənin gələcəyinə mühüm töhfə verdiyi vurğulanıb. Həmçinin, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılıb.