16 iyul 2026 01:33
103

Lionel Messi İngiltərə - Argentina matçının ən yaxşı oyunçusu olub

Futbol üzrə dünya çempionatında İngiltərə və Argentina yığmaları arasında keçirilən yarımfinal matçının ən yaxşı oyunçusu bəlli olub.

“İki sahil” xəbər verir ki, argentinalıların heyətində Lionel Messi oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, kapitan komandasının 2:1 hesablı qələbə qazandığı matçda vurulan iki qolun ötürməsini edib.