17 iyul 2026 10:37
136

İdxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb

İdxal və ixrac prosesləri “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə tam rəqəmsallaşdırılıb. Bu gün Azərbaycan 70-dən çox ölkəyə məhsul ixrac edir. 

Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
 
Sədr müavini statistik rəqəmləri media nümayəndələrini diqqətinə çatdırıb. Belə ki, bitkiçilik məhsullarının ixracı 490 min tona çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% (49 703 ton) artıb. ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya daxil olmaqla 20-dən çox növ heyvan mənşəli məhsul ixrac olunur. 
Çinə akvakultura, yabanı dəniz məhsulları və quş əti ixracını əhatə edən 3 protokol imzalanıb. 39 müəssisəmizin 65 məhsulu Çinin CIFER elektron reyestrində qeydiyyatdan keçib.
 
Yaqut Ağaşahqızı, “İki sahil”