18 iyul 2026 14:48
94

“Neftçi”nin Konfrans Liqası heyəti açıqlandı

"Neftçi” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bakı təmsilçisinin heyətində 22 futbolçu yer alıb.

Qapıçılar: Emin Balayev, Kenan Piriç, Rza Cəfərov.

Müdafiəçilər: Rüfət Abbasov, İqor Ribeyro, Elvin Bədəlov, Murad Xaçayev, Mustafa Sek, Endryu Qraviyon, Falaye Sako.

Yarımmüdafiəçilər: Elvin Camalov, Sessi D’Almeyda, Emil Səfərov, Emin Mahmudov, İfeanyi Metyu, Qustavo Klisman, Andrey Ştoqrin.

Hücumçular: İmad Faraj, Ağadadaş Salyanski, Lyubomir Tupta, Breno Almeyda, Bassala Sambu.

Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” (Minsk) arasında ilk oyun iyulun 22-də, cavab görüşü isə iyulun 30-da keçiriləcək.