Milli Mətbuat Günü münasibətilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası təşkilatçılığı və Batıgöz Klinikasının tərəfdaşlığı ilə media nümayəndələri üçün səhər yeməyi formatında görüş təşkil olunub.
“İki sahil” xəbər verir ki, görüşün məqsədi jurnalistlərin cəmiyyətin məlumatlandırılması və ictimai rəyin formalaşdırılmasındakı mühüm rolunu yüksək qiymətləndirmək, media ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirmək olub.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayır.