22 iyul 2026 20:13
93

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşdı

Azərbaycan Dəmiryol Muzeyini ziyarət indi daha sərfəlidir.

“İki sahil” xəbər verir ki, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir.

Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur.

Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin!