22 iyul 2026 19:53
114

Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edir!

“Balakhani Operating Company LTD” hasilat  şirkəti Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibəti ilə media nümayəndələrinə təbrik ünvanlayıb.
“İki sahil” xəbər verir ki, təbrikdə deyilir:
“Bizim işimiz enerji ilə Vətənimizi işıqlandırmaqdırsa, sizin işiniz sözlə cəmiyyəti aydınlatmaqdır! Həsən bəy Zərdabinin “Əkinçi”si ilə başlayan milli mətbuat ənənələrimizi məsuliyyətlə yaşadan, həqiqətin səsini ucaldan hər birinizə can sağlığı və yeni peşəkar nailiyyətlər arzulayırıq. Milli Mətbuat Gününüz mübarək!”
Hasilat şirkəti sosial media səhifəsində Balaxanı neftçilərinin dəstəyi ilə hazırlanan “Neftlə yazılan mətbuat tariximiz” adlı qısa film yerləşdirib. Filmə QR code vasitəsilə keçid edə bilərsiniz.