ABŞ-nin Nyu-York şəhərində Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin işi üzrə növbəti məhkəmə iclası keçirilib.
“İki sahil”in xarici mediaya istinadən verdiyi məlumata görə, təxminən 20 dəqiqə davam edən iclas zamanı məhkəmə prosesinin təqvimi və təşkilati məsələlər müzakirə olunub.
Hakim Elvin Hellersteyn prokurorluğun təqdim etdiyi vəsatəti nəzərə alaraq məhkəmə dinləmələrinin başlanma tarixini 2027-ci il iyunun 1-i kimi müəyyən edib.
İclasdan sonra Nikolas Maduro və Siliya Floresin hazırda saxlanıldıqları Bruklin həbsxanasına qaytarılacağı bildirilib. Onların 2026-cı ilin yanvarından etibarən ABŞ-da həbsdə olduğu qeyd olunur.