23 iyul 2026 15:33
96

CNN: ABŞ Məxfi Xidmətinin əməkdaşı Vensin səfərləri barədə məlumatı sızdırmaqda şübhəli bilinir

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin mühafizə xidmətinə daxil olan məxfi xidmət agenti siyasətçinin səfərləri haqqında məlumatları sızdırmaq şübhəsi ilə işdən kənarlaşdırılıb və hazırda barəsində araşdırma aparılır.

“İki sahil” xəbər verir ki, bu barədə CNN teleşirkəti öz mənbələrinə istinadla xəbər verir.

Telekanal iddia edir ki, vitse-prezidentin şəxsi səfərlərinin planlaşdırılması üçün mühafizə resurslarından əsassız istifadə edilməsi barədə məlumatları yaymaqda şübhəli bilinən şəxsin şəxsiyyəti artıq müəyyən olunub. CNN-in həmsöhbətlərinin sözlərinə görə, yoxlamanı agentliyin daxili təhqiqat bölməsi həyata keçirir və hələlik hər hansı inzibati cəzanın tətbiq olunacağı, yaxud cinayət ittihamının irəli sürülüb-sürülməyəcəyi bəlli deyil.

"MS Now" telekanalı Məxfi Xidmət agentlərinin vitse-prezidentin öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün ayrılmış dövlət resurslarını xərcləmə formasından narazı olması barədə material təqdim etmişdi. Mühafizəçilərin son qəzəbinə siyasətçinin kiçik oğlunu qolf dərslərinə aparmaq üçün hərbi vertolyotdan istifadə etmək qərarı səbəb olub.