25 iyul 2026 18:48
100

Misir və ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini sürətləndirmək istəyir

Misir və ABŞ Qəzza zolağında Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yerləşdirilməsini sürətləndirmək istiqamətində regional tərəfdaşlarla birgə iş aparır.

“İki sahil”in "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, bu barədə Livanın "Al-Akhbar" qəzeti xəbər verir.

Buna səbəb İsrail və HƏMAS arasındakı atəşkəsin pozulmasının qarşısını almaq və anklavın müharibədən sonrakı idarəetmə planlarının həyata keçirilməsinə keçid etməkdir.

Nəşrin məlumatına görə, Qahirə ümid edir ki, bu qüvvələr Qəzzada təhlükəsizlik sahəsində yeni vəziyyət yaradacaq.

"Al-Akhbar"ın mənbələri həmçinin bildirib ki, Misir artıq ISF-nin mümkün yerləşdirilməsini dəstəkləmək məqsədilə Qəzza ilə sərhəddə yeni hərbi qüllələrin və obyektlərin tikintisinə başlayıb.

Bundan əlavə, Qahirə gizli olaraq anklava humanitar yardımın həcmini və keyfiyyətini artırır.