25 iyul 2026 20:58
100

Kamerunlu yarımmüdafiəçi 1-ci liqa klubunda

“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

“İki sahil” xəbər verir ki, Şimal təmsilçisi kamerunlu yarımmüdafiəçi Arsene Daudanı heyətinə qatıb.

Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Arsenenin son klubu 1-ci Liqa təmsilçisi “Cəbrayıl” olub.