25 iyul 2026 22:06
92

İƏT Pakistandakı terroru pisləyib

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Pakistan İslam Respublikasının şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində təhlükəsizlik məntəqəsini hədəf alan, nəticədə bir neçə hərbçinin və bir mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən terror aktını pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə İƏT-in yaydığı bəyanatda deyilir.

"Qurbanların ailələrinə, eləcə də Pakistan İslam Respublikasının hökumətinə və xalqına səmimi başsağlığı və həmrəylik ifadə edən, yaralananlara isə tezliklə sağalmalarını arzulayan Baş Katiblik terrorizm və zorakılıqla mübarizədə Pakistanla həmrəyliyini bir daha təsdiqləyib. Həmçinin Baş Katiblik İƏT-in bütün forma və təzahürlərdə terrorizmə və ekstremizmə qarşı qəti mövqeyini bir daha bəyan edib", - deyə məlumatda qeyd olunub.