Ukrayna Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinə müharibəni "dondurmaq" çağırışı etməsini dəstəkləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqa bildirib.
Sibiqa deyib ki, rəsmi Kiyev Prezident Kasım-Jomart Tokayevin Vladimir Putinə müharibəni dayandırmağın vaxtının çatması barədə çağırış etməsini yüksək qiymətləndirir. “Bu, real, vaxtında və müdrik bir müraciətdir", - deyə o əlavə edib.
Andrey Sibiqa Ukraynanın mövcud cəbhə xətti boyunca müharibəni dayandırmağı və diplomatiyaya doğru irəliləməyi təklif etdiyini, lakin Kremlin sülhə aparan bu aydın yolu hələ də qəbul etmədiyini diqqətə çatdırıb.
Xatırladaq ki, iyulun 25-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vladimir Putinlə görüşündə Rusiyanın Ukraynaya qarşı müharibəni dondurmasını və 2022-ci il İstanbul danışıqlarının şərtlərinə qayıtmağı təklif edib.