ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb.
“İki sahil” IRIB-yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
"Bu gün Birləşmiş Ştatlar tərəfindən edilənlər beynəlxalq hüquqa, diplomatiyaya və Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin əsas prinsiplərinə hücumdur", - o bildirib və əlavə edib ki, bu gün diplomatiya məsxərəyə qoyulur.
S. Xətibzadənin sözlərinə görə, İran real diplomatiyaya sadiqdir: "İran gəmilərin Hörmüz boğazından dinc keçidi prinsiplərinə riayət edir, lakin heç bir şərtlə və heç bir halda ABŞ-ın Fars körfəzi, Hörmüz boğazının dəniz yolları üzərində nəzarət qurmasına imkan verməyəcək.
Digər ölkələr kimi, İran da öz milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcək".