27 iyul 2026 01:50
96

Bəqai: İranla ABŞ arasında mesaj mübadiləsi aparılır

İranla ABŞ arasında mesaj mübadiləsi aparılır.

“İki sahil” "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai deyib.

"Amerikalılar mesaj mübadiləsi aparırlar, lakin bizim üçün prioritet suverenliyin, ərazi bütövlüyünün qorunması və xalqımızın hərbi cinayətlərdən müdafiəsidir", - o bildirib.

Bəqainin sözlərinə görə, diplomatiya üçüncü dəfə xəyanətə məruz qalıb:

"Unutmayın ki, son bir ildə bu cür hadisə artıq üçüncü dəfədir baş verir. Əvvəllər iki dəfə, biz danışıqlar apardığımız zaman ABŞ və İsrail tərəfindən hücum hədəfinə çevrilmişik".

İran XİN-in sözçüsü vurğulayıb ki, ABŞ-nin hücumları İslamabad Anlaşma Memorandumunun kobud şəkildə pozulmasıdır.