27 iyul 2026 20:20
108

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir

Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, yay semestri təşkil olunub.

“İki sahil” xəbər verir ki, yay semestri 2025/2026-cı tədris ilində bakalavr səviyyəsində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.

İyulun 27-sindən başlayan yay semestri üzrə dərslərin 5 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə yay semestri dərslərində 121-ədək fənn üzrə 735 bakalavr və 1 magistr iştirak edir.