Mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasım Mohiuddin ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, görüşdə nazir Azərbaycan ilə Pakistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, münasibətlərin təməlində iki ölkə liderlərinin möhkəm dostluğu və qarşılıqlı etimadının dayandığını deyib. Qeyd olunub ki, ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Qasım Mohiuddin Azərbaycan ilə mədəni əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.
Söhbət zamanı mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.