29 iyul 2026 11:36
95

İtaliya mətbuatı: Ukraynada 800 minə yaxın silah-sursat yoxa çıxıb

Ukraynada 800 minə yaxın silah və hərbi sursat itkin düşərək sonradan Avropanın qanunsuz qara bazarına çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın «Il Fatto Quotidiano» qəzeti məlumat dərc edib.

Nəşrin yazdığına görə, sözügedən arsenalın böyük hissəsini Avropadan ayrılan hərbi kömək paketləri təşkil edir. Məlumatda bildirilir ki, 2022-ci ildən bəri ümumilikdə 780 mindən çox silah-sursat oğurlanıb və ya itkin düşüb. Təkcə 2026-cı ilin ilk beş ayı ərzində bu göstərici 149 min ədəd təşkil edib.

Palermo prokuroru Maurisio de Luçiya Mafiya ilə Mübarizə Komissiyasındakı məruzəsi zamanı xəbərdarlıq edib ki, bu silahların əhəmiyyətli hissəsi Avropa bazarlarına daxil olur. Prokuror xüsusilə İtaliyanın məşhur «Koza Nostra» mafiya qruplaşmasının bu silahlara böyük maraq göstərdiyini vurğulayıb.

Qəzet həmçinin qeyd edir ki, Ukraynaya hərbi yardım göstərən Avropa dövlətləri Kiyevə dəqiq nələrin göndərildiyini gizli saxlamağa üstünlük verirlər. Bu məxfilik isə hüquq-mühafizə orqanlarının silahların dövriyyəsinə nəzarət etməsini və polisin monitorinq aparmasını ciddi şəkildə çətinləşdirir.