Azərbaycan və Qazaxıstan arasında investisiya və süni intellekt sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Qazaxıstanın "Samruk-Kazyna" Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşdə Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının perspektivlərini və prioritet inkişaf istiqamətlərini vurğuladıq. Birgə investisiya fəaliyyətinin genişləndirilməsi, institusional investorlarla işbirliyi imkanları, ticarət, sənaye, süni intellekt və digər sahələrdə tərəfdaşlıq, yaşıl enerji layihələrinin həyata keçirilməsi barədə müzakirələr apardıq",-deyə nazir qeyd edib.
Qazaxıstanın "Samruk-Kazyna" Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşdə #Azərbaycan - #Qazaxıstan #iqtisadi əməkdaşlığının perspektivlərini və prioritet inkişaf istiqamətlərini vurğuladıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 29, 2026
Birgə #investisiya fəaliyyətinin genişləndirilməsi,… pic.twitter.com/QYd362NF7M