Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə ilə Azad ticarət haqqında sazişin ratifikasiyası barədə qanunu imzalayıb.
“İki sahil” Ukrayna mediasına istinadən xəbər verir ki, müvafiq məlumat Ukrayna Ali Radasının saytında dərc olunub.
Qeyd olunub ki, saziş ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına, Ukrayna istehsalçıları üçün satış bazarlarının genişləndirilməsinə, biznes üçün yeni imkanların yaradılmasına, eləcə də yerli istehsalın inkişafı və modernləşdirilməsinə yönəlib.
Azad ticarət haqqında saziş 2011–2022-ci illərdə keçirilmiş 12 raunddan ibarət danışıqların yekunlarına əsasən, 2022-ci il fevralın 3-də Kiyevdə Ukraynanın Baş naziri Denis Şmıqal və Türkiyənin ticarət naziri Mehmet Muş tərəfindən imzalanıb.
Türkiyə parlamenti sənədi 2024-cü il avqustun əvvəlində, Ukrayna Ali Radası isə 2026-cı il iyulun 14-də ratifikasiya edib.
Saziş dövlətdaxili prosedurlar başa çatdıqdan və iki ölkə arasında ratifikasiya fərmanları mübadilə edildikdən sonra qüvvəyə minəcək.
Almaniya sərhəd nəzarətini Seutadakı miqrasiya böhranı fonunda uzatmağı planlaşdırır