01 avqust 2026 12:36
109

DÇ-2026-da tarixi nəticə qazandı, istefaya göndərildi

Cənubi Afrika millisinin baş məşqçisi Uqo Broos vəzifəsindən ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Futbol Assosiasiyasının (SAFA) mətbuat xidməti məlumat yayıb.

Qurumun bəyanatında 74 yaşlı belçikalı mütəxəssisə Cənubi Afrika futboluna verdiyi töhfələrə görə təşəkkür edilib.

Broos 2021-ci ildən millini çalışdırırdı. Onun rəhbərliyi altında Cənubi Afrika yığması 2026-cı il dünya çempionatında tarixində ilk dəfə pley-offa yüksəlib və 1/16 finalda Kanadaya 0:1 hesabı ilə uduzub. O, həmçinin mundialların pley-off mərhələsində iştirak edən ən yaşlı baş məşqçi kimi tarixə düşüb. Bundan başqa, Cənubi Afrika millisi Broosun rəhbərliyi altında Afrika Millətlər Kuboku-2023-ün bürünc medalını qazanıb.