Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
“İki sahil” xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, qəsəbədə yerləşən evlərin birində 1972-ci il təvəllüdlü Sevinc Məmmədova aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Kamaləddin Qafarov: Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir