Rusiyanın növbəti hücumu nəticəsində Litvanın Kiyevdəki səfirliyinin binasının zədələnməsi ilə əlaqədar Rusiyanın Vilnüsdəki nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiya raketlərinin diplomatik nümayəndəlikdən cəmi bir neçə metr aralıya düşməsindən sonra səfirliyin binasına ziyan dəyib. Diplomatik missiyanın əməkdaşları xəsarət almayıblar.
"Ötən gecə Rusiyanın Kiyevə hücumları nəticəsində Litva səfirliyinin binası da zədələnib. Raketlər diplomatik nümayəndəlikdən cəmi bir neçə metr aralıya düşüb. Xoşbəxtlikdən, səfirlik əməkdaşları xəsarət almayıblar. Bu gün Rusiyanın Vilnüsdəki nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılacaq. Daha sərt sanksiyalar tətbiq etməklə Rusiyaya təzyiqləri gücləndirmək, həmçinin Ukraynaya dəstəyi artırmaq lazımdır", - Budris bildirib.
Ukrayna xarici işlər naziri Kiyevə hücumdan sonra müttəfiqlərə təcili müraciət ünvanlayıb
Maka Boçorişvili: Orta Dəhliz Gürcüstanın strateji mövqeyini daha da möhkəmləndirir