01 avqust 2026 19:24
92

Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb

Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəlinə nisbətən 1 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 0,9 bənd çoxdur.

Hesabat dövrüdə real effektiv məzənnə 115,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,7 bənd çox, ilin əvvəlinə nisbətən 0,6 bənd az, ötən il iyulun 1-i ilə müqayisədə isə eyni olub.