03 avqust 2026 12:58
108

İtaliyanın keçmiş Baş nazirindən iddia: Seutadakı hadisələr qəsdən təşkil olunub

Afrikanın şimal sahilində yerləşən Seuta şəhərinə kütləvi miqrant axını təsadüfi olmayıb.

“İki sahil” xəbər verir ki, bu bəyanatla İtaliyanın keçmiş Baş naziri, müxalif «5 Ulduz Hərəkatı»nın lideri Cüzeppe Konte çıxış edib.

"La Repubblica" qəzeti Cüzeppe Kontenin mövqeyini təqdim edib:  "Bunun arxasında nə durduğunu təkrarlamaq mənim işim deyil, lakin belə bir axın təsadüfi deyil. Bu qədər insanın Seutaya hərəkət etməsi üçün səbəb var idi. Mərakeş ABŞ Prezidenti Donald Trampa yaxındır, İspaniyanın Baş naziri Pedro] Sançes isə amerikalı liderin tələb etdiyi kimi müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsində razılaşdırmağa razı olmayan yeganə şəxsdir".

İtaliyalı siyasətçinin fikrincə, İspaniya lideri digər addımları ilə də Vaşinqtonun narazılığına səbəb olub. Sançes ölkə ərazisindəki hərbi bazalardan ABŞ-nin İrandakı əməliyyatları üçün istifadə olunmasına imkan verməyib. İspaniya milli hava məkanını Amerika qırıcılarının uçuşu üçün bağlayıb.