04 avqust 2026 11:52
143

Maraqlı balıq növü

Bu balıq növünü  amerikalı alimlər aşkarlayıb. O, çoxda böyük deyil,  uzunluğu 2, 8  santimetrdir. 

Birinci qəribəliyi ondadır ki,  üzgəclərindən  həm də ayaq kimi  istifadə etməyi gözəl bacarır. Məhz buna görə məskəni şirin su hövzələri olan, fərqli anatomik xüsusiyyətləri özündə daşıyan  bu balaca canlı  digər balıqlardan  fərqli olaraq  quruda rahat şəkildə  yeriyə bilir.

Onun  başqa  diqqət çəkən  özəlliyi  isə  tamami  ilə  görmə qabiliyyətindən məhrum olmasıdır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü