08 avqust 2026 10:18
97

"Bavariya" prezidenti Bundesliqa klublarını tənqid etdi

"Bavarya"nın prezidenti Herbert Hayner Bundesliqa klublarını çempionatın xaricdə tanıdılması istiqamətində kifayət qədər səy göstərməməkdə günahlandırıb.

“İki sahil” xəbər verir ki, 72 yaşlı funksioner Münhen klubunun Asiyadakı mövsümöncəsi turunun sonunda bu barədə danışıb.

"İnternasionallaşma bir klubun təkbaşına əldə edə biləcəyi bir şey deyil. Bundesliqa olaraq bunun üzərində birlikdə çalışmalıyıq və liqa daha aktiv rol oynamalıdır.

"Bayern"in bu yükü təkbaşına daşımasını gözləmək olmaz. Bizə bütün Bundesliqadan daha ciddi dəstək lazımdır. Söhbət bir-iki klubdan deyil, bütün liqadan gedir", - deyə Hayner bildirib.

Qeyd edək ki, "Bayern"dən başqa mövsüm başa çatdıqdan sonra "Leyptsiq" Cənubi Afrikaya, Dortmund "Borussiya"sı isə Yaponiyaya səfər edib.