12 avqust 2026 20:41
108

Azərbaycanla Çin arasında biznes əlaqələrinin perspektivləri müzakirə edilib

Azərbaycanla Çin arasında biznes əlaqələrinin perspektivləri müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında "Xinjiang Joinworld Co., Ltd." şirkətinin baş direktorunun müavini ilə görüşünə dair paylaşımında bildirib.

"Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən "Xinjiang Joinworld Co., Ltd." şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşümüzdə ölkəmizlə Çin arasında biznes əlaqələrinin şaxələnməsini və əməkdaşlıq perspektivlərini vurğuladıq.

Birgə layihələrin icrası, müasir texnologiyaların, innovasiyaların və nou-haunun tətbiqi, eləcə də təcrübə transferi məsələlərini müzakirə etdik", - o qeyd edib.