12 avqust 2026 22:17
110

Avropa futbolunda “Clear Line” layihəsi tətbiq olundu

Avropa futbolunda hakim qərarları ilə bağlı mühüm yenilik olan “Clear Line” layihəsi istifadəyə verilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) platformanı dəstəkləyən 55 milli assosiasiyanın sırasına daxil olub. Platformanın məqsədi milli və klub səviyyəsində qərar qəbuletmə prosesini daha anlaşılan, ardıcıl və şəffaf etməkdir.

“İki sahil” xəbər verir ki, UEFA-ya üzv olan bütün milli assosiasiyaların hakimlik qurumlarının rəhbərləri “Clear Line” platformasını hakim qərarlarının və VAR müdaxilələrinin vahid və ardıcıl şəkildə tətbiqi üçün etalon baza kimi təsdiqləyiblər. “Clear Line” hakimliklə bağlı 150-dən çox epizodu əhatə edir.

UEFA-nın bayrağı altında keçirilən yarışlara şamil edilən qaydalarla bu linkə keçid edərək tanış ola bilərsiniz.

UEFA-nın rəsmi saytında isə “Clear Line” bölməsinə buradan keçid edə bilərsiniz.