14 avqust 2026 12:14
89

NATO Latviya səmasında naməlum dronun qarşısını aldığını təsdiqləyib

NATO ölkələrinin qırıcı təyyarələri Latviya səmasında naməlum pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə alyansın nümayəndəsi bildirib.

"NATO qırıcıları Latviya səmasında naməlum dronun qarşısını alıb", — deyə o qeyd edib.

Məsələ ilə bağlı daha əvvəl Latviya Silahlı Qüvvələri də naməlum pilotsuz uçuş aparatının ələ keçirildiyi barədə məlumat yaymışdı. Hadisə ilə əlaqədar respublikanın şərqindəki dörd bələdiyyə ərazisində təxminən 30 dəqiqə davam edən hava həyəcanı siqnalı verilib.