14 avqust 2026 13:11
96

Gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" 1997-ci il 24 iyun tarixli 609 nömrəli və "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 15 sentyabr 2011-ci il tarixli fərmanlarında dəyişiklik edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Belə ki, "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na edilən dəyişikliklə, Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankala, yanaşı, bundan sonra Kənd Təsərrüfatı Nazirliyinə də müəyyən edilmiş formada xarici ticarətin gömrük statistikasının məlumatlarını verəcək.