Gürcüstan ərazisində yağan güclü leysan yağışları bölgələrlə yanaşı, paytaxt Tbilisidə də bir sıra ciddi problemlərə səbəb olub.
“İki sahil” xəbər verir ki, intensiv yağıntılar nəticəsində Qəhrəmanlar Meydanındakı yolları su basıb və bu, nəqliyyatın hərəkətini çətinləşdirib. Eyni zamanda, Kür (Mtkvari) çayının sağ sahilində də avtomobillərin hərəkətində güclü sıxlıq yaranıb. Tbilisi və ətraf ərazilərdə yağışın törətdiyi fəsadları əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Sakinlər Tskneti qəsəbəsi də daxil olmaqla, bir sıra ərazilərdə küçələrin sel suları altında qaldığını bildirirlər. Məlumata görə, paytaxtda təxminən bir saatdır güclü və fasiləsiz yağış yağır. Əlverişsiz hava şəraiti səbəbindən Tbilisinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.
Etna vulkanı püskürür: Turistlər xəbərdarlıqlara məhəl qoymadan bölgəyə axışırlar