Futbol üzrə Türkiyə Superliqasında 2026/2027-ci illər mövsümünə start verilib.
“İki sahil” xəbər verir ki, açılış matçında son çempion "Qalatasaray" öz meydanında liqanın debütantı "Çorum" komandasını qəbul edib.
"RAMS Park" stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Matçda hesabı 52-ci dəqiqədə "sarı-qırmızılıların" heyətində Viktor Osimhen açaraq mövsümün ilk qoluna imza atıb. Daha sonra qonaqlar 59-cu dəqiqədə Aleksandros Kiziridisin dəqiq zərbəsi ilə bərabərliyi bərpa ediblər. Qoldan dərhal sonra təzyiqi artıran debütant cəmi 2 dəqiqə sonra Xesus Ramiresin qolu ilə hesabda önə keçməyi bacarıb.
Matçın 90-cı dəqiqəsində isə yenidən fərqlənən Viktor Osimhen həm dublunu, həm də yekun hesabı müəyyənləşdirib.
Beləliklə, mövsümün açılış oyununda heç-heçəyə razılaşan komandalar hərəyə bir xalla kifayətləniblər.