Yəmən Silahlı Qüvvələri ötən sutka ərzində husilərə qarşı 181 hərbi əməliyyat keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Yəmən ordusunun rəsmi nümayəndəsi polkovnik Məcid ən-Nüzeyli bildirib.
"Son 24 saat ərzində silahlı qüvvələr pilotsuz uçuş aparatları, artilleriya və reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə 181 hərbi əməliyyat həyata keçirib, müxtəlif döyüş bölgələrində hərbi obyektləri və təhlükə mənbələrini vurub", - o qeyd edib.
Polkovnikin sözlərinə görə, zərbələr nəticəsində hərəkatın onlarla döyüşçüsü öldürülüb və yaralanıb, onlarla texnika, eləcə də silah anbarları məhv edilib. Əməliyyatlar təmas xətti boyunca geniş ərazidə keçirilib.
Xatırladaq ki, Yəmənin hökumət qüvvələri ilə qiyamçılar arasındakı qarşıdurma 2014-cü ilin avqustundan bəri davam edir.
Cənubi Koreya hərbçiləri demarkasiya xəttini keçən Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açıblar
İran ABŞ-nin Yaxın Şərqdəki bazalarının fəaliyyətini bərpa etməsinə icazə verməyəcək
"Axios": Tramp Bərzani vasitəsilə gizli şəkildə SEPAH rəhbərliyi ilə əlaqə saxlayıb
İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır