"Həm qərb sərhədlərimiz boyunca təyyarələrin sayında, həm də quru hissəsinin sayında real azalma müşahidə edirik".
“İki sahil” yazır ki, bunu Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Andrey Lukyanoviç STV televiziya kanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Belarus Hərbi Hava Qüvvələri hava məkanını gecə-gündüz izləyir: "Sərhədlərimiz boyunca həm döyüş, həm də kəşfiyyat təyyarələrinin uçuşlarının sayında əhəmiyyətli dərəcədə azalma qeydə alırıq. Buna görə də əminliklə deyə bilərik ki, vəziyyət hazırda sabitdir və heç bir təhlükə yaratmır".
Andrey Lukyanoviç deyib ki, Belarus Polşa, Litva və Latviya ilə daim əməkdaşlıq edir: “Biz onları müntəzəm olaraq uçuşlar barədə məlumatlandırırıq, onlar isə bizi sərhəd zonasındakı uçuşlar barədə xəbərdar edirlər. Yalnız Latviya ilə qarşılıqlı əlaqə olmayıb, lakin biz bu yaxınlarda onlarla dialoqu bərpa etmişik”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Türkiyə hərbçiləri Rumıniyada NATO-nun hava və raketdən müdafiə təliminə qatılıb