ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi ilə qeyri-rəsmi kanallar vasitəsilə əlaqə saxladığını bəyan edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
Bir qədər əvvəl Amerikanın "Axios" portalı da mənbələrə istinadla Ağ Evlə SEPAH rəhbərliyi arasında qeyri-rəsmi əlaqə kanallarının mövcudluğu barədə məlumat yaymışdı.