18 avqust 2026 14:23
87

"Politico": ABŞ-da süni intellektdən istifadə səbəbindən qanun layihələrində xətalar yaranıb

ABŞ Konqresi süni intellekt (Sİ) vasitəsilə tərtib edilmiş, tərkibində çoxlu xətalar və keyfiyyətsiz ifadələr olan qanunvericilik sənədlərinin axını ilə üzləşib.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bəzi konqresmenlər qanunvericilik müddəalarını tərtib etmək üçün 'Claude' və 'ChatGPT' modellərinə müraciət edirlər. Mənbələr qeyd edirlər ki, bu səbəbdən Nümayəndələr Palatasının Hüquq İdarəsinin əməkdaşları "Sİ tərəfindən hazırlanmış mətnləri yoxlamağa və yenidən yazmağa, sıfırdan qanun layihəsi hazırlamaqdan daha çox vaxt sərf etməyə" məcbur olurlar.

Nəşrin həmsöhbətləri vurğulayırlar ki, süni intellektin hazırladığı mətnlərdəki xətalar qanunvericilik proseslərinin ləngiməsinə, həmçinin yanlış sitat gətirilmiş qanunlar və ya səhv hüquqi anlayışlar səbəbindən məhkəmə iddialarının yaranmasına gətirib çıxara bilər. Nümayəndələr Palatasının Hüquq İdarəsinin keçmiş rəhbəri Ueyd Ballunun sözlərinə görə, Sİ tez-tez qanunvericilik leksikonunun incəliklərini — məsələn, müəyyən bir məbləğin sənəddə "vergi krediti, vergi güzəşti, vergi çıxılması və ya qrant" kimi gedib-getməməli olduğunu gözündən qaçırır.

"Politico"nun mənbələrindən birinin sözlərinə görə, problemi dərinləşdirən amillərdən biri də "qanunların yazılmasında Sİ-dən istifadə edən şəxslərin bunu gizli saxlamasıdır".