19 avqust 2026 14:35
83

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarıının maaşı yeni redaksiyada təsdiqlənib

“Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının (Agentliyin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Eyni zamanda “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu Qərar 2026-cı il iyunun 1-dən tətbiq edilir.