Pakistan Suriya ilə siyasət, müdafiə, ticarət, investisiyalar, təhsil və insan resurslarının inkişafı sahələrində tərəfdaşlığın genişləndirilməsində maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda Suriyanın XİN rəhbəri Əsəd əş-Şeybaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
"Pakistan Qolan təpələri üzrə Suriyanın mövqeyini qətiyyətlə dəstəkləməyə davam edəcək", - hökumət başçısı deyib.
Şərif İslamabadın Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini xatırladıb.
Əş-Şeybani həmsöhbətini davam edən siyasi keçid prosesi və Suriyanın bərpası üzrə səylər barədə məlumatlandırıb.
O, son illər ərzində Suriyaya göstərilən ardıcıl dəstəyə görə Pakistana təşəkkür edib və hökumətinin ikitərəfli qarşılıqlı fəaliyyətin aktivləşdirilməsində, o cümlədən əməkdaşlığın institusional mexanizmlərinin tezliklə yaradılması vasitəsilə maraqlı olduğunu bildirib.
Görüşdə həmçinin Pakistanın Baş nazirinin müavini və XİN rəhbəri Məhəmməd İshaq Dar, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Şahzadə Harriyə dövlət mühafizəsinin ayrılması ilə bağlı qərar hələ qəbul edilməyib