Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov avqustun 28-də saat 09:00-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək.
“İki sahil” xəbər verir ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Abşeron rayonlarının sakinləri Qobustan DAİM-ə (051-280-85-15) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Bitkoin həftə ərzində 23% bahalaşaraq may ayından bəri ən yüksək səviyyəyə çatıb
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib