23 avqust 2026 19:48
102

Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb

Qazaxıstanda Qurultay deputatlarının seçkilərində səsvermə başa çatıb. Yerli vaxtla saat 20:00-da ölkə ərazisindəki seçki məntəqələri bağlanıb, bundan sonra seçki komissiyaları səslərin hesablanmasına başlayıblar.

“İki sahil” xəbər verir ki, seçicilər beş il müddətinə 145 deputat seçməli idilər. Seçici siyahılarına 12,6 milyondan çox vətəndaş daxil edilib.

Bununla yanaşı, Qazaxıstan hüdudlarından kənarda səsvermə davam edir.