Təbii ki, Özbəkistana hər dəfə səfər edəndə artıq bir çox yerləri gəzmişəm, Daşkəndin necə gözəlləşdiyini, binaların, küçələrin və infrastrukturun necə yeni görkəm aldığını, bütün bu işlərin necə böyük zövqlə, böyük sevgi ilə və yüksək keyfiyyətlə görüldüyünün şahidi olmuşam.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təltifetmə mərasimində bildirib.
Dövlətimizin başçısı deyib: “Əziz qardaşımın “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir, Özbəkistan paytaxtının gələcək inkişafı ilə bağlı onun vizyonunun nəticəsidir”.
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB