25 avqust 2026 09:16
116

Venesuelada zəlzələ qurbanlarının sayı artıb

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 6 500 nəfəri keçib.

“İki sahil” xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqesin açıqlamasında bildirilib.

Son rəqəmlərə görə, zəlzələ nəticəsində 6 509 nəfər ölüb, 226 696 nəfər tibbi yardım alıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib.

Eyni zamanda 25 000-dən çox evə ziyan dəyib.

Zəlzələ iyunun 24-ə keçən axşam baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 maqnitudada iki yeraltı təkan qeydə alınıb. Onların episentrləri Yarakuy əyalətində 10 kilometr aralıda yerləşib.

Zəlzələdən sonra 1 500-dən çox afterşok qeydə alınıb.