26 avqust 2026 21:40
154

Qubada yol-nəqliyyat hadisəsi baş verib - VİDEO

Qubanın Qəçrəş kəndində yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarətlər alıb.

"İki sahil"in Şimal bürosu bildirir ki, Qubanın Qəçrəş kəndində həmin kənd sakini avtomobilini aşırdı, xəsarətlər aldı.
Qəçrəş kənd sakini Xanmədov Vüqar idarə etdiyi Toyota Corolla markalı, 99TY781 Dövlət nömrə nişanlı minik avtomobilində idarəetməni itirərək döngədəki elektrik dirəyinə çırpılaraq, yolun əks tərəfində aşmış vəziyyətdə dayanıb. 
Avtomobildə tək olan sürücü xəsarətlər alıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
TƏBİB-dən verilən məlumata görə, "Qubada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (kişi) 26.08.2026-cı il tarixində saat 17:00 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin müştərək səthi travmaları və əzilmiş yaraları diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir."
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. 
Faktla bağlı araşdırma aparılır. 

Aydın Adıgözəlov,

"İki sahil"in Şimal bürosundan