Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandasının üzvləri Polşanın Zakopane şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
11 ölkədən cüdoçuların iştirak etdiyi hazırlıq prosesində idmançılarımıza yığmanın məşqçiləri Asiman Allahverdiyev və Kotaro Sasaki rəhbərlik edirlər.
Toplanış çərçivəsində cüdoçularımız ikiqat Olimpiya çempionu Takanori Naqase və dünya çempionu Noel van ’t Endin iştirakı ilə keçirilən seminara qatılıblar. Kişilərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi Robert Kravçik də iştirakçılar üçün seminar keçib.
Təlim-məşq toplanışı avqustun 29-da başa çatacaq. Cüdoçularımız avqustun 30-da keçiriləcək beynəlxalq yarışda qüvvələrini sınayacaqlar.