27 avqust 2026 20:43
57

UEFA Çempionlar Liqası: "Sabah"ın ilk rəqibi "Barselona" oldu

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk rəqibi bəlli olub.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) ilə üz-üzə gələcək.

Sözügedən matç Bakıda keçiriləcək.

“Sabah”ın səfərdəki növbəti rəqibi “Arsenal” oldu.

“Sabah”ın doğma meydandakı üçüncü rəqibi “Borussiya” (Dortmund), səfərdəki dördüncü rəqibi daha bir İngiltərə təmsilçisi “Mançester Yunayted” oldu.

Səfərdəki beşinci rəqibi “Vilyarreal”, doğma meydanda altıncı rəqibi “Napoli” oldu.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.