"Neftçi" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
“İki sahil” xəbər verir ki, "ağ-qaralar" IV turda "Şəfa"nı məğlub edib - 4:1. Meydan sahiblərinin qollarını 35-ci dəqiqəəd Rüfət Abbasov, 64 və 66-cı dəqiqələrdə Alen Şkribek, 79-cu dəqiqədə Breno Almeyda (p) fərqlənib. Qonaqların heyətində 48-ci dəqiqədə Murad Musayev adını tabloya yazdırıb.
Xallarının sayını 9-a çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Şəfa" 3 xalla onuncu yerdədir.
Günün ilk görüşündə "Sabah" "Zirə"ni beş cavabsız qolla üstələyib.
Xatırladaq ki, ötən gün baş tutan matçlarda "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə "Kəpəz"i (4:1) məğlub edib. IV tura sabah yekun vurulacaq.