Hindistanın paytaxtı Yeni Dehlidə "Hostel Days" yataqxana binasının uçması nəticəsində üç nəfər ölüb, onlarla insan dağıntılar altında qalmış ola bilər.
“İki sahil” bu barədə "India Today"ə istinadən xəbər verir. Beşmərtəbəli bina Dehli Universiteti kampusunun yaxınlığında yerləşən özəl tələbə yataqxanaları ilə tanınan, əhalinin sıx məskunlaşdığı Satya-Niketan ərazisində yerləşib. Binanın uçması zamanı zirzəmidə təmir işləri aparılırmış.
Yanğınsöndürənlərin məlumatına görə, daha iki insan ağır yaralanıb, altı nəfər isə xilas edilib. 30-40 nəfərin dağıntılar altında qaldığı güman edilir. "Dağıntılar altında qalan və ya yaralanmış insanların dəqiq sayı hazırda məlum deyil. Əlavə məlumatlar təsdiqləndikcə açıqlanacaq", - Dehli polisinin açıqlamasında deyilir.
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
Parisdə 24 oktyabr aksiyası: həmkarlar ittifaqları prefekturanın yeni marşrut təklifini rədd edir
Fransada etiraz aksiyaları: LDH BMT-dən müşahidə missiyası, RSF isə jurnalistlərin müdafiəsini tələb edir
Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır