Azərbaycanlı Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti Türkiyə mediasının diqqətini çəkib.
“İki sahil” xəbər verir ki, Ağdam rayonu 110 nömrəli tam orta məktəbin şagirdi olan, Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbində isə musiqi təhsilini davam etdirən Z.İsgəndərli ilə bağlı reportaj Türkiyənin “Kardelen TV” televiziya kanalında yayımlanıb. Jurnalist Yaqut Bağiyevanın hazırladığı videomaterialda uğurları ilə seçilən istedadlı gəncə dəstək verən müəllimlərin düşüncələrinə də yer verilib. Sinif rəhbəri Ceyran Qullliyeva Z.İsgəndərlinin qarşıdakı dövrdə yeni uğurlara imza atacağına və öz bacarığı ilə diqqət çəkəcəyinə inanır.
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır